"Qızım arzumu reallaşdırdı"

28 May 2026 21:45

Xalq artisti Səkinə İsmayılova ən böyük arzusundan danışıb.

Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi uşaqlıqda hüquqşünas olmaq istədiyini bildirib:

"Hüquqşünas olmaq istəyirdim. Amma o vaxt professor Vidadi Xəlilovu məktəbimizə göndərmişdilər ki, istedadlı uşaqları seçsin. Məktəbdə ansambl düzəltmişdilər. Məni də evdən oxumağa qoymurdular. Amma bildirmişdilər ki, Səkinə xanımın səsi var. Məni oxutdurdular. Daha sonra dedim ki, oxumaq istəmirəm, hüquqşünas olmaq istəyirəm. Axırı bu alovun içinə məni Vidadi müəllim atdı. Qismət belə oldu ki, qızım hüquqşünas oldu. Bəlkə də uşaqlıqda eştmişdi. İçində qalmışdı ki, anamın belə bir arzusu olub. İndi deyir ki, sənin arzunu yerinə yetirmişəm. Əslində fikrində də bu sahə idi. Qızım mənim arzumu reallaşdırdı". /Axşam.az

Milli.Az