Cəlilabad sakini suda boğulub.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az