Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl evindən edilən oğurluqdan danışıb.
Milli.Az xəbər verir ki, müğənniyə "Zarafat bir yana" proqramında "Evinizdən 311 min manat dəyərində qızıl, 15 min dollar, 3 min avro və 2 min funt-sterlinq oğurlanıb. Hamı yazdı ki, nə qədər pulu var" sözləri deyilib.
Müğənni sözlərə "O nədir ki? Nazpərinin adına yaraşır? O, kənarda elə belə şey idi. Hələ bunu yarımçıq deyiblər. Həyatda ən varlı adamam. Sevənlərim var. 30, 40 ildir bir sevgi ilə yaşayan pərəstişkarlarım var" reaksiyasını verib.
Nazpəri daha sonra həmin şəxsləri bağışladığını bildirib:
"Yazığım gəldi. Anayam, uşaqlar yoldan çıxıb. 6 gənc idi, 5-i isə idmançıydı". /Axşam.az
Milli.Az