İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Milli.Az