17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar

28 May 2026 18:08

Dünyaca məşhur aktrisa Cessika Alba 17 illik evliliyini bitirdikdən sonra gənc sevgilisi ilə dənizdə görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı Denni Ramirez ilə birlikdə Mayami çimərliklərində romantik anlar yaşayan aktrisa artıq münasibətini gizli saxlamır.

2025-ci ilin yanvar ayında 17 illik həyat yoldaşı, film prodüseri Keş Uorrendən ayrılan 45 yaşlı aktrisa bir ildir ki, Denni Ramirez ilə birlikdədir.

Milli.Az