"Ferrari"nin yeni elektromobilini ilk Roma Papası sınaqdan keçirdi - FOTO

28 May 2026 15:05

Roma Papası XIV Leo "Ferrari"nin yeni, tamamilə elektrikli modelini ilk sınaqdan keçirənlərdən biri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,"Luce" adlı xüsusi versiya din xadiminə onun Kastel-Qandolfodakı iqamətgahında təqdim edilib. Şirkət rəhbərliyinin nümayəndələri, o cümlədən "Ferrari"nin prezidenti Con Elkann Papaya yeni avtomobil haqqında ətraflı məlumat veriblər. Şirkət rəsmiləri elektromobilin texniki xüsusiyyətlərini və əsas özəlliklərini ona izah ediblər.

Sükan arxasına əyləşən XIV Leo: "Bu, "Ferrari"nin ilk dördqapılı avtomobilidir?" - deyə soruşub. Ona bunun şirkət tarihində ilk beşnəfərlik avtomobil olduğu bildirilib.

Qeyd edək ki, təqdimat mərasimindən sonra sosial şəbəkələrdə "Ferrari Luce" modeli kəskin tənqidlərə məruz qalıb. Bir çox istifadəçi debüt elektromobilini markanın "tarixindəki ən çirkin avtomobillərdən biri" adlandırıb. Tənqidçilər qeyd edirlər ki, belə bir dizayn lüks brenddən daha çox, məhdud büdcəli seqment üçün uyğundur.

Milli.Az