Bu türk serialları yeni mövsümdə də DAVAM EDƏCƏK?

28 May 2026 11:54

2026-cı ilin sentyabr mövsümünə ümumilikdə 12 köhnə serial daşınacaq.

Milli.Az xəbər verir ki, Türkiyə mediasında yer alan məlumata görə, bu mövsüm ən şanslı kanal "TRT" hesab olunur.

Bildirilir ki, 2025-ci il və 2026-cı ilin ilk yarısı serial sektoru üçün olduqca çətin keçib. İqtisadi böhran və reklam gəlirlərinin azalması səbəbindən bəzi həftələrdə yeni bölümlərin yayımı dayanıb, kifayət qədər reklam toplanmadığı üçün təkrar bölümlər nümayiş etdirilib. Bununla yanaşı, çəkilən yeni serialların sayında da ciddi azalma müşahidə olunub. Özəl kanalların ödənişlərlə bağlı çətinlik yaşadığı vurğulanıb.

Məlumata görə, yeni serial bölümlərinin çəkiliş xərcləri artıq 30 milyon türk lirəsini keçib. Kanalların yeni layihələr üçün ayırdığı maksimum büdcənin isə təxminən 24 milyon lirə olduğu qeyd edilib. Bu vəziyyət serial sayının getdikcə azalmasına səbəb olur.

Yeni yayım mövsümündə bir sıra məşhur layihələrin davam edəcəyi açıqlanıb. Özəl kanallarda "A.B.İ", "Kızılcık şerbeti", "Sevdiğim sensin", "Çirkin", "Halef", "Yeraltı", "Uzak şehir" və "Güller ve günahlar" yeni sezonda da ekranlarda olacaq.

Bundan başqa, "Arka sokaklar" serialının taleyinin isə yeni mövsümdəki iqtisadi şərtlərə uyğun müəyyənləşəcəyi bildirilib.

Ən çox serialı yeni mövsümə daşıyan kanal isə "TRT" olub. Kanalın "Mehmed Fetihler Sultanı" (4-cü mövsüm), "Gönül dağı" (7-ci mövsüm), "Taşacak bu deniz" (2-ci mövsüm) və "Teşkilat" (7-ci mövsüm) layihələrinin sentyabr mövsümündə də davam edəcəyi qeyd olunub. /axsam.az

Milli.Az