Türkiyə səfirliyi Azərbaycanı təbrik edib

28 May 2026 09:35

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım olunub.

"Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.

"Bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.

Müstəqillik Gününüz mübarək!", - paylaşımda qeyd olunub.

Milli.Az