UEFA Konfrans Liqasının qalibi BƏLLİ OLDU

28 May 2026 08:56

UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, final qarşılaşmasında İngiltərənin "Kristal Pelas" və İspaniyanın Rayo Valyekano" komandaları üz-üzə gəlib. Həlledici oyun Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçirilib.

Görüş "Kristal Pelas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, UEFA Konfrans Liqasının qalibi olan "Kristal Pelas" növbəti mövsümdə Avropa Liqasının əsas mərhələsində iştirak edəcək.

Milli.Az