1996-cı ildə Bakıda fəaliyyət göstərən ilk gecə klublarından birinə aid görüntülər sosial şəbəkələrdə yayılaraq maraq doğurub.
Milli.Az xəbər verir ki, arxiv kadrlarda həmin dövrün əyləncə məkanında gənclərin musiqi sədaları altında vaxt keçirməsi əks olunub. Köhnə görüntülər 90-cı illərin Bakı gecə həyatını xatırladaraq istifadəçilərdə nostalji hisslər yaradıb.
Paylaşılan video sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi həmin illərdəki atmosferin fərqli olduğunu, indiki dövrlə müqayisədə daha sadə və təbii əyləncə mədəniyyətinin formalaşdığını qeyd edib.
Qısa zamanda yayılan arxiv kadrlar minlərlə baxış toplayaraq maraqlı paylaşımlardan birinə çevrilib.
Musa
Milli.Az