"Yəqin Fatimə əsas üzünü evdə qoyub obrazla gelib o EFİRƏ"

28 May 2026 15:21

Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli uzun illər küsülü olduğu Fatimə Fətəliyeva ilə münasibətləri barədə açıqlamaları ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, Səfərli bildirib ki, aralarında yaşanan məhkəmə prosesi üç il davam edib və bu müddətdə geri addım atmayıb:

"Həmişə gözləyirdim ki, bir addım atsın. Üzr istəməsə belə, qapıma gəlsin kifayət idi".

O qeyd edib ki, bir çox tanınmış şəxslər onların barışması üçün vasitəçi olmağa çalışıblar. Nazilə, Fatimənin sonradan onun qapısına gəlməsinin gözlənilməz olduğunu da etiraf edib.

Şairə atasının xəstəxanada olduğu dönəmdə Fatimənin ziyarətə gəlməsinin münasibətləri dəyişə biləcəyini deyərək bunları əlavə edib:

"O vaxt gəlsəydi, özüm yığıb təşəkkür edərdim".

Nazilə Səfərli hazırda aralarında heç bir problem olmadığını bildirib. Bununla yanaşı, bəzi açıqlamalarında Fatimənin onu yanlış anladığını düşündüyünü də vurğulayıb.

O, həmçinin Fatimənin efirdə səsləndirdiyi üzr məsələsinə toxunaraq münasibətlərində yaşananların böyüdülməməli olduğunu qeyd edib:

"Fatimə ilə məhkəməm 3 il davam etdi. Bir addım da geri çəkilmədim ki, bu insan üzr istəyəcək. Çox tanınmış simalar məndən xahiş edib ki, barışın. Həmişə deyirdim ki, qapıma gəlib bir addım atsın, heç üzr də istəməsin. Yasda qapımdan girəndə əlim üzümdə qaldı. Sağ olsun, başı uca olsun. Balalarının xoş günündə borcum olsun mən onun qapısına gedim.

Amma bu addımı ata bilirdisə, atamın xəstəxanada ziyarətinə gəlməsi kifayət idi. Özüm yıxılıb "sağ ol" deyərdim. Bu gün Fatimə ilə heç bir problemim yoxdur. Yenə də məni səhv anlayıb, görürəm ki, Azərbaycan dilinin qrammatikasını tam bilmir. Bir-birimizə güllə atmamışdıq ki... Sən məni sancmışdın, mən də balalarıma görə qarşılıq verdim.

Fatimə də Xəzər TV-nin efirində üzr istədi. Yəni belə ürəyi varsa, bu qədər şey olmaya bilərdi. Pis niyyətlə deməmişəm. "İki üz" verilişində dediklərinə görə deyirəm ki, yəqin verilişə görə əsas üzünü evdə qoyub, obrazla gəlib o efirə. Elə alınıb".

Nazilə Səfərlinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər tərəflərin illər sonra barışmasını müxtəlif cür dəyərləndiriblər.

Musa
Milli.Az