Futbolda 2025/2026-cı illər mövsümünün başa çatması ilə birlikdə transfer şayiələri idman gündəmini zəbt etməyə başlayıb.
Milli.Az xəbər verir ki, tanınmış insayder Fabrisio Romanonun yaydığı xəbərə görə, "Barcelona" klubu "Newcastle United"ın formasını geyinən cinah hücumçusu Entoni Qordonu heyətinə qatıb.
Transfer 70 milyon avroya başa gəlib. Müqavilədə bonuslar da nəzərdə tutulub.
Bu transferin çox qısa müddət ərzində klublar tərəfindən rəsmən elan ediləcəyi gözlənilir.
Entoni Qordon "Newcastle United" forması ilə başa çatan bu mövsümdə olduqca uğurlu performans nümayiş etdirib:
Rəsmi oyun sayı: 46 matç
Qol sayı: 17 qol
Məhsuldar ötürmə (asist): 5 asist
Lalə Qüdrətova
Milli.Az