Göyçay rayonuda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərn sayı iki nəfərə çatıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2016-cı il təvəllüdlü L.Feyzullayeva dünyasını dəyişib.
Qəza zamanı avtomobillərdə olanlar - 1968-ci il təvəllüdllü İmran Əmrahov və bacısı 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzullayeva və 2 yaşlı qız xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
xxx
Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.
Milli.Az xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel" , KİA və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. /Apa
Milli.Az