Müğənni Rəqsanə İsmayılovanın Rusiyada yaşayan qızı Yağmur Şərifqızı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Yana adı ilə də tanınan Yağmur paylaşımında həyatla bağlı düşüncələrini və ailəyə verdiyi önəmi dilə gətirib. O bildirib ki, zaman keçdikcə insan sevgi deyil, daha çox səmimiyyət və güvən axtarır.
Paylaşımında ailənin insan üçün ən böyük dayaq olduğunu vurğulayan Yağmur, çətin anlarda yanında qalan insanların məhz ailə üzvləri olduğunu qeyd edib. O, hisslərin dəyişə biləcəyini, amma ailənin hər zaman insanın arxasında dayandığını bildirib:
"Bu həyatda çox şeyi anladım. İnsan böyüdükcə sevgiyə yox, səmimiyyətə ac olur. Kiminsə "sevirəm" deməsi artıq heç nə ifadə etmir, çünki sevgi bəzən bir günə bitir. Amma ailə. ailə insanın ən yorğun günündə belə sığınacağı yerdir. Mənim üçün həyatda ən vacib şey ailəmdir. Çünki dünya sənə arxa çevirəndə, hamı gedəndə belə yanında qalan yenə onlar olur. Sevgi gözəldir, inkar etmirəm. Amma sevgi insanı dəyişə də bilər, yaralaya da bilər. Ailə isə insanı hər halıyla qəbul edən yeganə yerdir. Mən artıq hisslərə yox, yanımda qalan insanlara dəyər verirəm. Çünki gecənin ən ağır vaxtında insan sevdiyi yox, güvəndiyi insanları düşünür. Bu həyatda başa düşdüm ki, hər kəs "sonsuz sevgi"dən danışır, amma ən sonsuz şey ailənin verdiyi gücdür. Çünki sevgi bir seçimdir, ailə isə insanın kökü, nəfəsi, varlığıdır. Mənim üçün sevgi ikinci plandadır. Ən böyük xoşbəxtlik kiminsə sevgisi yox, ailəmin sağ, yanımda və xoşbəxt olmasıdır".
Yağmur həmçinin artıq həyatında sözlərdən çox, yanında olan insanlara dəyər verdiyini yazıb. Onun sözlərinə görə, insan ən ağır anlarında sevdiyi deyil, güvəndiyi insanları düşünür.
Sosial şəbəkədə yayılan paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Bir çox istifadəçi onun ailə ilə bağlı fikirlərini dəstəkləyərək müxtəlif rəylər yazıb.
Musa
Milli.Az