"Ermənilər özləri buna qəara verməlidirlər"

27 May 2026 13:52

Ermənilər özləri hansı birliyə-Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidirlər.

Milli.Az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi İrəvanı Avropa İttifaqına istiqamət götürməyə məcbur edir: "Ermənistan müvafiq qanun qəbul edib ki, bu da mahiyyət etibarilə Ermənistan hökumətini və bütün dövlət orqanlarını Avropa inteqrasiyasına istiqamətlənməyə məcbur edir".

Kreml rəsmisi həmçinin vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabınadır, Ermənistan üçün isə bu, Rusiyanın töhfəsidir: "Güzəşt həmişə kiminsə hesabınadır. Yəni, ermənilərin aldığı güzəşt həmişə kiminsə hesabına olub, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki o, erməni xalqıdır, bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, amma bu, bizim hesabımızadır".

Kremlin sözçüsü Ermənistanla qaz müqavilələrinin mümkün ləğvi ilə bağlı sualı "Qazprom"a ünvanlamağı məsləhət görüb. /APA

Milli.Az