"Qarabağ"dan ayrılan sol cinah hücumçusu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın "Boloniya" klubunun diqqətini cəlb edib.
Hazırda dəyəri 1.50 milyon avro olaraq göstərilən Emmanuel Addai A Seriyası təmsilçisinin gələn mövsüm üçün hücum xəttinə alternativlər axtardığı bir vaxtda potensial hədəf kimi gündəmə gəlib.
Xatırladaq ki, 2024-cü ildən "Qarabağ"ın heyətində çıxış edən Addai bu illər ərzində 49 matça çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az