"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU

27 May 2026 12:24

"Real Madrid" klub prezidenti seçkisinin keçiriləcəyi tarixi açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, seçki iyunun 7-də keçiriləcək.

Səsvermə yerli vaxtla saat 09:00-dan 20:00-dək "kral klubu"nun basketbol pavilyonunda baş tutacaq.

Seçkidə iki namizəd iştirak edəcək: hazırkı prezident Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme.

Qeyd edək ki, 2006-cı ildən bəri ilk dəfədir klub rəhbərliyi uğrunda minimum iki namizəd mübarizə aparacaq.

Milli.Az