Böyük Britaniyada may ayı üzrə temperatur rekordu yenilənib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, krallığın meteorologiya xidməti Hitrou Hava Limanında və Kyu Kral Botanika Bağında havanın temperaturunun 35 dərəcəyə çatdığını açıqlayıb.
1944-cü il mayın 29-dan qüvvədə olan rekord artıq ikinci gündür ardıcıl yenilənir. Bir gün əvvəl Londonda termometrlər 34.8 dərəcə göstərmişdi ki, bu da 82 il əvvəl qeydə alınmış göstəricidən düz iki dərəcə yüksəkdir.
Proqnozlara görə, çərşənbədən etibarən temperatur bir qədər enəcək, lakin yenə də 30 dərəcə ətrafında qalacaq.
Rekord temperatur qonşu İrlandiyada da qeydə alınıb. Şennon Hava Limanında mayın 25-də hava 28.6 dərəcəyədək isinib. Bu göstərici 1997-ci ildə qeydə alınmış 28.4 dərəcəlik rekordu üstələyib.
Bir çox britaniyalı istidən qorunmaq üçün dənizə və su hövzələrinə üz tutur. Lakin meteoroloqlar suyun hələ də çox soyuq olduğunu bildirərək risklərlə bağlı xəbərdarlıq edirlər. Mayın 25-də Şotlandiya sahillərində suyun temperaturu 9 dərəcəni, İngiltərənin cənub-şərqində isə 13 dərəcəni keçməyib.
Qeyd edək ki, ölkədə mütləq temperatur rekordu 2022-ci il iyulun 19-da qeydə alınıb. Həmin gün Koninqsbi qəsəbəsində hava ilk dəfə 40 dərəcə həddini keçərək 40.3 dərəcəyə çatıb.
Milli.Az