Tiktoker Arzum qəzanın anbaan VİDEOsunu paylaşdı

27 May 2026 10:08

"Arzum 9999" ləqəbli bloger İlduz Hacıyeva aylar öncə baş verən qəzadan danışıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o bu barədə İnstaqram hesabında açıqlama yayıb və hadisənin anbaan videosunu təqdim edib.

O bildirib ki, qəza qarşı tərəfin kobud səhvi ucbatından baş verib. Bloger qəza videosunun artıq məhkəmədə təqdim edildiyini bildirib.

Qeyd edək, sözügedən hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, digər bir şəxs isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq dövründə bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Milli.Az