SEPAH-dan Hörmüzdəki gəmilərlə bağlı QƏRAR

27 May 2026 10:17

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə SEPAH-ın Teleqram kanalında məlumat paylaşılıb.

"Hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq", - məlumatda bildirilib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrindən vurğulanıb ki, Hörmüz boğazına nəzarət tam qətiyyətlə həyata keçirilir.

Milli.Az