Qardaş ölkədə güclü ZƏLZƏLƏ: Ölən və yaralananlar var

27 May 2026 09:56

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.

Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.

Milli.Az