UEFA Konfrans Liqasının qalibi bu axşam bəlli olacaq.
Milli.Az xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.
Oyun Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq. /"Report"
Milli.Az