Xalq artisti Siyavuş Kərimi müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, bəstəkar Azərbaycan musiqisinin xaricdə yetərincə təbliğ olunmamasından şikayətlənib. O bildirib ki, milli musiqi nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsi halları ilə tez-tez qarşılaşır.
Siyavuş Kərimi Almaniyada yaşadığı bir hadisəni də misal çəkib:
"Mən gedib Almaniyada "Pəncərədən daş gəlir" mahnısını oxuyanda alman deyir ki, niyə erməni mahnısı ifa edirsən? Çünki onlar bizdən əvvəl həmin musiqini öz adlarına təbliğ ediblər".
Xalq artisti qeyd edib ki, Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ciddi təbliğata ehtiyac var. Onun sözlərinə görə, bu məsələni dəfələrlə müxtəlif konfranslarda və rəsmi görüşlərdə gündəmə gətirib.
Bəstəkar həmçinin vurğulayıb ki, sənət adamlarının xaricdə tanıdılması və milli musiqinin qorunması istiqamətində daha geniş işlər görülməlidir.
Siyavuş Kəriminin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi milli musiqimizin beynəlxalq arenada daha güclü şəkildə təbliğ olunmasının vacibliyini qeyd edib.
Musa
Milli.Az