Ana və qızın müzakirə yaradan VİDEOsu - 51 yaşlı qadın qızını kölgədə qoydu

29 May 2026 01:01

Ana və qızın sosial şəbəkədə yayılan videosu diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, görüntülərdə Rusiyada yaşayan ana və qızın məşhur "TikTok" trendinə qoşularaq birlikdə rəqs etməsi izləyicilərin marağına səbəb olub. Onların enerjili və səmimi görüntüləri  qısa zamanda sosial platformalarda yayılıb.

Videoda xüsusilə ananın görünüşü müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi onun qızından seçilmədiyini və ol gduqca gənc göründüyünü qeyd edib. Bəzi izləyicilər isə 51 yaşlı ananın daha cazibədar göründüyünü yazaraq paylaşımın altında müxtəlif rəylər bildiriblər.

Sosial mediada geniş yayılan görüntü qısa müddətdə minlərlə baxış toplayaraq müzakirələr yaradıb.

Musa
Milli.Az