Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO

26 May 2026 20:30

Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, 5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram çəkisi olan "bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr"dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikası istiqamətinə yola düşüb.

Milli.Az