Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Milli.Az