Azərbaycanda elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycanın elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Elm sahəsi üzrə
Asəf Hacı oğlu Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına gör
Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə
Mədəniyyət sahəsi üzrə
Eldar Hidayət oğlu Mikayılzadə - "Azərbaycan xalçası - ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.
Milli.Az