Şəhid Savalan Qafarovun illər əvvəl lentə alınan görüntüləri sosial şəbəkələrdə duyğusal anlar yaşadıb.
Milli.Az xəbər verir ki, yayılan videoda Savalan Qafarovun səmimi şəkildə mahnı ifa etdiyi görünür. Onun ürəkdən oxuduğu ifa izləyiciləri kövrəldib və paylaşım qısa zamanda geniş yayılıb.
Sosial media istifadəçiləri şəhidin görüntülərinə çoxsaylı rəylər yazaraq onun xatirəsini ehtiramla yad ediblər. Bir çoxları videonun insanlara həm qürur, həm də kədər hissi yaşatdığını qeyd edib.
Duyğu dolu paylaşım internetdə böyük maraqla qarşılanıb və şəhidin səmimi görüntüləri izləyicilərin ürəyinə toxunub.
Hüseyn
Milli.Az