ADY bayram günlərində bu qrafikdə işləyəcək

26 May 2026 15:14

"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərinin iş qrafikini açıqlayıb.

Qurumdan Milli.Az-a verilən məlumata görə, Qurban bayramı və Müstəqillik Günü münasibətilə 27, 28 və 29 may tarixlərinin istirahət günü elan olduğunu nəzərə alaraq 27, 28, 29, 30 və 31 mayda Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar günlərinin cədvəli ilə hərəkət edəcək.

"Hərəkət cədvəlləri ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz",-deyə məlumatda bildirilib.

Milli.Az