Paytaxtın bu ərazisində DİQQƏTLİ OLUN - Yol çökür - FOTO

26 May 2026 14:50

Bakının mərkəzi küçələrindən birində yol çökür. 

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtın Bəsti Bağırova küçəsində, "Uşaq Filarmoniyası"nın qarşısında asfalt örtüyünün çökməsi əks olunub.

Yolun bu vəziyyəti həm avtomobillər üçün təhlükə yaradır, həm də tıxac riskini artırır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə mövcud problemlə bağlı aidiyyəti üzrə məlumat verilib:

"Qısa müddət ərzində problemin aradan qaldırılması nəzərdə tutulur".

Mina Mikayılova
Milli.Az