Məşhur sənətçi, 80 yaşlı müğənni Ajda Pekkan İstanbulda lüks bir restoranda şam edib.
Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi xüsusi bir texnika ilə, palıd odununun tüstüsündə tam 12 saat boyunca hisə verilərək bişirilən "brisket" (dana döşü) əti sifariş edib.
Bu xüsusi ziyafətin ardından sənətçinin restorana 43 min lirə (təxminən 2200 manat) hesab ödədiyi bildirilib.
Qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılan bu yüksək məbləğ sosial media istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.
Milli.Az