Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını qəbul edib.
Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, təqdim edilən illik məlumatda 2024- cü il üzrə məlumatdan fərqli olaraq aşağıdakı məsələlərə dair yeni məlumatlar daxil edilib:
Azərbaycanda ali təhsil müəssisələrində gender məsələləri ilə bağlı tədris olunan fənlər;
Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların regionlar üzrə bölgüsü;
2025-ci il ərzində mediada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi təbliğ və təşviq edən, ailə institutunu nüfuzdan salan informasiyaların qarşısının alınması ilə bağlı aparılmış monitorinqlər;
Məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlər;
2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlara istinad edilmiş məhkəmə işləri;
Aliment ödəməkdən yayınan valideynlər və cəza tədbirləri;
2025-ci ildə ana və uşaq ölümü halları;
Hamiləlikdən qorunma üsullarından (kontraseptiv vasitələrdən) istifadə ilə bağlı;
Azərbaycan Hava Yolları QSC-nin məlumatları.
Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını dinləyərək nəzərə alıb./Trend.az
Milli.Az