Növbəti köç Ağdam şəhərinə çatdı

26 May 2026 12:35

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Milli.Az xəbər verir ki, növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Bu mərhələdə şəhərə 110 ailə - 417 nəfər köçürülüb.

Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Milli.Az