“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO

26 May 2026 12:00

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı və Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanım" Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda keçirilib. .

Festivalda dövlət və mədəniyyət nümayəndələri, rəssamlar, eləcə də uşaq, yeniyetmə və gənclər iştirak ediblər. Tədbirin açılışında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev çıxış edərək iştirakçıları salamlayıb və ənənəvi festivalın rayonda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra millət vəkilləri Vüqar Rəhimov və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseynli festivalın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Festivalın bədii hissəsində müxtəlif musiqi nömrələri və iştirakçıların plener performansları təqdim olunub. Nahar fasiləsindən sonra rəssam Mübariz Atakişiyevin ustad dərsi keçirilib.

Yarışın sonunda qaliblər yaş qrupları üzrə I, II, III yerlərlə yanaşı həvəsləndirici mükafatlar, sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Qaliblər:

8-11 yaş

12-14 yaş

15-21 yaş

Xarici iştirakçılar

Festivalın təşkilatçıları sırasında Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi yer alıb.

Dəstəkçilər arasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC və Xətai Rayon İcra Hakimiyyəti də olub.

Festival "Azərbaycan səni sevirəm!" şüarı altında keçirilib və məqsəd Azərbaycan musiqisinin təsviri sənətdə təbliği, həmçinin yerli və xarici iştirakçıların milli mədəniyyətə marağının artırılması olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az