Aysunun gənc fanatına davranışı TƏNQİD EDİLDİ - VİDEO

26 May 2026 11:35

Müğənni Aysun İsmayılovanın məkanların birində lentə alınan görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı səhnədə mahnı səsləndirdiyi zaman onunla şəkil çəkdirmək istəyən gənc qızın davranışı müzakirələrə səbəb olub. Yayılan videoda İsmayılovanın əl işarəsi ilə etiraz etdiyi və fanatdan geri çəkilməsini istədiyi görünür.

Sözügedən anlar sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər müğənninin səhnədə rahat şəkildə çıxış etməli olduğunu və ifa zamanı diqqətinin yayınmasının normal qarşılanmadığını bildiriblər. Digərləri isə fanatın istəyinə verilən reaksiyanın sərt və kobud göründüyünü qeyd ediblər.

Qısa zamanda yayılan görüntülər geniş müzakirələrə səbəb olub və paylaşımın altına çoxsaylı rəylər yazılıb.

Musa
Milli.Az