Türkiyədə avtomobildə yuxuya gedən kişi kor olub.
Milli.Az xəbər verir ki, iki il əvvəl Sakaryada avtomobilinin oturacaqlarını kimyəvi maddələrlə təmizləyən 45 yaşlı Yasin Kurt yağış səbəbindən maşında gözləməyə qərar verib. Oturacaqları qurutmaq üçün mühərriki və qızdırıcını işə salan Kurt avtomobildə yuxuya gedib və təxminən iki saat kimyəvi dumanlarla karbonmonoksit qazına məruz qalıb.
.jpg)
Hadisədən sonra ağır zəhərlənmə keçirən Kurt xəstəxanaya yerləşdirilib və iki gün reanimasiyada qalıb. Həkimlər onun sağ qalma ehtimalının çox az olduğunu bildirsələr də, o, həyatda qalıb. Lakin zəhərlənmə nəticəsində görmə qabiliyyətinin 90 faizini itirib.
Müalicəsini davam etdirən Kurt intensiv kortizon terapiyasından sonra qismən sağalıb. Hazırda sol gözündə 5, sağ gözündə isə 2 faiz görmə qabiliyyəti qaldığını deyən iki uşaq atası yenidən işləmək və aktiv həyata qayıtmaq istədiyini bildirib.
Kurt baş verən hadisədən sonra insanlara qapalı məkanda kimyəvi maddələr və işləyən avtomobil mühərriki ilə uzun müddət qalmamağı tövsiyə edib.
Milli.Az