Netanyahu xəstəxanaya yerləşdirildi

26 May 2026 11:14

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Milli.Az xəbər verir, bu barədə "The Times of Israel" nəşri hökumət başçısının ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu mayın 25-i axşam saatlarında "Hadassa Eyn-Kerem" Tibb Mərkəzinə aparılıb. Hazırda onun stomatoloji müalicə aldığı bildirilir.

Xatırladaq ki, Netanyahu aprelin 24-də prostat vəzində aşkarlanan bədxassəli şişlə bağlı əməliyyat keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik planlı tibbi müayinə zamanı erkən mərhələdə aşkarlanıb və şiş qısa müddətdə götürülüb.

Milli.Az