İlk dəfə Bundesliqanı tərk etdilər

26 May 2026 11:00

Almaniyanın "Volfsburq" klubu tarixində ilk dəfə Bundesliqanı tərk edib.

Milli.Az xəbər verir ki, bu nəticə komandanın pley-off mərhələsinin cavab oyununda "Paderborn 07"yə 1:2 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib. Tərəflər arasında keçirilən ilk qarşılaşma isə qolsuz bərabərliklə başa çatmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən "Volfsburq" növbəti mövsümdə İkinci Bundesliqada mübarizə aparacaq.

Klub 1997-ci ildə Almaniyanın yüksək liqasına yüksəlmişdi və o vaxtdan bəri elit divizionu tərk etməmişdi. Bu səbəbdən baş verən hadisə Almaniya futbolunda diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Qeyd edək ki, "Volfsburq" tarixində bir dəfə Bundesliqa çempionluğu qazanıb. Komanda həmçinin Almaniya Kuboku və Almaniya Superkubokunun da sahibi olub.

Hüseyn
Milli.Az