Azərbaycanın Eurovision Song Contest təmsilçilərindən olan Dilarə Kazımova efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, müğənni xarakteri və daxili hissləri barədə danışaraq tamaşaçıların marağına səbəb olub. O bildirib ki, bir çox insan onu soyuqqanlı biri kimi tanıyır, lakin əslində çox həssas insandır:
"Məni soyuqqanlı biri kimi bilirlər. Elə düşünürlər ki, heç nə vecimə deyil. Amma belə deyil. Əksinə, çox həssas insanam, o an ağlaya bilərəm".
Kazımova insanların ona qarşı necə davranmasını istəyirsə, özü də ətrafdakılara eyni münasibəti göstərdiyini vurğulayıb. Müğənni hisslərini hər zaman gizlətməyə çalışdığını da etiraf edib:
"Ağlayanda heç vaxt göstərmirəm. Hərdən göstərmək istəyəndə də özümə yaraşdırmıram. Yaxşısı özünü möhkəm göstərməkdir".
Sənətçi insanların məşhurların da adi insan olduğunu anlamasının vacibliyini qeyd edib:
"İnsanlar anlamalıdır ki, biz də insanıq. Həyatımızda müxtəlif şeylər ola bilər".
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər müğənninin səmimi etiraflarını maraqla qarşılayaraq müxtəlif rəylər yazıblar.
Musa
Milli.Az