Putinin təyyarəsini görmək istəyənlər BAXSIN - VİDEO

28 May 2026 01:01

Vladimir Putinin istifadə etdiyi təyyarə ilə bağlı yayılan video sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az xəbər verir ki, görüntülərdə Rusiya liderinin rəsmi səfərlərində istifadə etdiyi "İL-96" tipli xüsusi təyyarənin daxili avadanlıqları nümayiş etdirilib. Təyyarənin interyeri, geniş salonu, konfrans otağı, mətbəxi, istirahət otağı və yüksək təhlükəsizlik sistemi izləyicilərin diqqətini çəkib.

Videoda həmçinin təyyarədə iş otaqları, istirahət bölmələri və xüsusi görüş məkanlarının olduğu göstərilib. Sözügedən hava gəmisinin dövlət başçısının uzunməsafəli səfərləri üçün xüsusi şəkildə təchiz edildiyi bildirilib.

Sosial media istifadəçiləri yayılan görüntülərlə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri təyyarənin texniki imkanlarını maraqlı hesab edərkən, digərləri onun komfortlu görünüşünü müzakirə ediblər.

Qısa zamanda geniş yayılan video platformalarda çoxsaylı baxış toplayaraq gündəm mövzularından birinə çevrilib.

Musa
Milli.Az