Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır

26 May 2026 00:21

Aktyor Taleh Yüzbəyov bir müddətdir sosial şəbəkədə aktiv olmamasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, aktyor araşdırmalardan sonra depressiyada olduğunu və bu vəziyyətdən çıxmaq üçün istifadə etdiyi üsullardan da söz açıb:

"Neçə vaxtdır ki, sosial şəbəkələrdə aktiv deyildim. Araşdırmalar göstərdi ki, depressiyadayam. Özüm mübarizə aparıb depressiyadan çıxdım. Sizə də bunun yollarını açıqlayacağam. Mənə görə diqqətin dağıdılması vacibdir. Bunun üçün 3 yoldan istifadə edirəm. Birincisi "PlayStation" oynamaqdır. Bu zaman insanın başqa tapşırıqları və problemləri olur. Onları keçə-keçə beyin xoşbəxtlik hormonlarını ifraz etməyə başlayır və bir müddət sonra depressiyadan çıxırsan. Amma aludəçisi olmaq lazım deyil.

İkinci yol isə ssenari yazmaqdır. Burada da başqa bir dünya və problemlər var, onları həll edərkən fikrim dağılır. Təəssüf ki, ssenarini necə yazmaq lazım olduğunu başa sala bilməyəcəyəm. Çünki özüm də öyrənirəm. Nə vaxtsa tam hazır olsam, o zaman danışacağam.

Üçüncü yol isə film, serial və kitablardır".

Milli.Az