Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul

26 May 2026 21:19

Turşu hazırlayarkən istifadə olunan sirkə, sarımsaq və müxtəlif ədviyyatların kəskin qoxusu çox vaxt bankalara elə hopur ki, adi yuma metodları ilə tamamilə təmizlənmir. Lakin heç bir kimyəvi maddə istifadə etmədən, sadəcə istiliyin gücü ilə bu qoxudan saniyələr içində xilas olmaq mümkündür.

Milli.Az hopmuş turşu qoxusunu tamamilə neytrallaşdıran praktik üsul və diqqət edilməli məqamları təqdim edir:

Şüşə səthlər nə qədər hamar və təmiz görünsə də, mikroskopik səviyyədə qoxu hissəciklərini özündə saxlaya bilir. Xüsusilə uzun müddət ağzı qapalı qalan turşu bankalarında bu qoxu daha da qalıcı olur. Üstəlik, qapağın daxili rezin hissəsi də qoxunu özünə çəkir. Adi qabyuyan mayelər bu kəskin qoxunu tam itirə bilmədiyi üçün əlavə təbii üsullara ehtiyac yaranır.

İstiliyin təsiri ilə şüşə səthə hopmuş sirkə və sarımsaq qoxuları parçalanmağa və buxarlanaraq dağılmağa başlayır. Bankanı bir neçə dəqiqə nəzarətli şəkildə ocağın üzərində tutmaq qoxunu tamamilə yox etmək üçün kifayətdir. Bu üsul təbii olduğu üçün qabda heç bir kimyəvi qalıq buraxmır və şüşə qabı tamamilə qoxusuz vəziyyətə gətirir.

Kəskin temperatur fərqi şüşənin çatlamasına və ya partlamasına səbəb ola bilər. Ona görə də aşağıdakı qaydalara mütləq əməl edin:

Bankanı ocağa qoymazdan əvvəl onun tamamilə boş, təmiz və tam quru olduğundan əmin olun. Üzərində su damcıları qalmamalıdır.

Ani yüksək temperatur şüşəni sındıra bilər, bu səbəbdən mütləq vam (az) atəş seçilməlidir.

Bankanı odda uzun müddət saxlamaq olmaz, sadəcə bir neçə dəqiqə isitmək bəs edir.

Əlinizin yanmaması üçün bankanı ocaqdan götürərkən mütləq mətbəx əlcəyi, dəsmal və ya mətbəx maşasından istifadə edin.

Qapaq hissəsindəki plastik və ya rezin materiallar əriyə biləcəyi üçün onları ocağa yaxınlaşdırmayın, ayrı şəkildə yuyun.

Bankaları təravətli saxlamağın digər təbii yolları
Turşu bitdikdən sonra bankanı içində qalıqlarla saxlamadan dərhal yuyun. Bu, qoxunun dərinə hopmasının qarşısını alır.

Bankanın içinə soda töküb limon qabığı ilə ovmaq da qoxuları neytrallaşdıran təbii vasitədir.

Yuyulmuş bankaların ağzını bağlamadan, günəş görən və hava çəkən bir yerdə bir müddət saxlamaq təbii dezinfeksiya effekti yaradır.

Qapaqdakı rezin qoxunu daha çox saxladığı üçün, eyni bankanı fərqli bir qıda üçün istifadə edərkən qapağını yenisi ilə əvəzləmək daha məqsədəuyğundur.

Lalə Qüdrətova
Milli.Az