Fransanın "Lill" klubu baş məşqçisi Bruno Jenezio ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Fransa təmsilçisinin rəhbərliyi 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən mütəxəssislə əməkdaşlığı davam etdirməmək qərarı verib.
Jenezionun rəhbərliyi altında "Lill" cari mövsümü 61 xal toplayaraq Liqa 1-in turnir cədvəlində üçüncü pillədə başa vurub. Bu uğurlu nəticə sayəsində komanda növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında iştirak hüququnu təmin edib.
Qeyd edək ki, Bruno Jenezionun Fransa təmsilçiləri olan "Marsel" və ya "Nitsa" klublarından birinə keçəcəyi gözlənilir. (qol.az)
Milli.Az