Leylan Nəsirovaya yüksək vəzifə verildi

25 May 2026 23:29

Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, bu vəzifəyə Leylan Nəsirova gətirilib.

O, daha əvvəl həmin xəstəxanada baş həkim vəzifəsində çalışıb. Bir müddət sonra isə Tibbi-Sosial Ekspertiza Komitəsinin (TSEK) regional müdiri kimi fəaliyyət göstərib.

İxtisasca həkim-nevroloq olan yeni direktorun anası Roza Aslanova da eyni xəstəxanada pediatr həkim kimi çalışır.

Qeyd edək ki, bir müddət öncə Beyləqan Rayon Mərkəzi Xəstəxanasın direktoru Muradov Bayram Cəbrayıl oğlu, inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu və İnsan Resursları şöbəsinin müdiri Qarayeva Mətanət İsmayıl qızı öz ərizələri ilə vəzifələrindən ayrılıblar.

Milli.Az