Türkiyədə zəlzələ oldu

25 May 2026 23:23

Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.

Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

Dağıntı və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.

Milli.Az