Keyn Messi və Ronaldonun uğurunu təkrarladı

25 May 2026 20:16

Almaniya çempionu "Bavariya"da oynayan ingilis hücumçu Harri Keyn mövsümü 61 qolla başa vurub.

Milli.Az-ın xəbərinə görə, 21-ci əsrdə Keyndən əvvəl 60-dan çox qol vuran yeganə oyunçular argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo olub.

Messi 2011/2012 mövsümündə "Barselona"da 73 qol vurub. Ronaldo 2014/2015 mövsümündə "Real"da 61 qol vurub.

Milli.Az