Çağatay haqqında yayılan FOTO saxta çıxdı

25 May 2026 19:50

Türkiyəli aktyor Çağatay Ulusoyun karyerasını bitirməsi ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, şayiələrin yaranmasına səbəb aktyorun rəsmi hesabı kimi təqdim olunan paylaşımda ağır iş rejiminin ardından karyerasını bitirdiyini əks etdirən paylaşımın yayılması olub.

Məlum olub ki, şəkil fotoşopla hazırlanıb və yazılanların Çağatayla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Çağatay final etməyə hazırlaşan "Eşref Rüya" serialında rol alır. (Axşam.az)

Milli.Az