Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, virtuoz skripkaçı Elvin Hoca Qəniyev Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "90 illik ifa" adlı konsert proqramı ilə çıxış edəcək. Konsert mayın 29-da saat 19:00-da Filarmoniyanın səhnəsində keçiriləcək.
Musiqiçi dirijor Mustafa Mehmandarovnun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.
Konsert proqramına Bedrjix Smetananın "Satılmış gəlin" operasına uvertürası, Antonin Dvorjakın la minor, op.53 skripka və orkestr üçün konserti, həmçinin Fikrət Əmirovın "Kürd-ovşarı" simfonik muğamı daxildir.
Biletləri əldə etmək üçün:
https://iticket.az/events/concerts/uzeyir-hajibeyli-azerbaijan-state-symphony-orchestra6584
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.