Türkiyənin "Qalatasaray" klubunda rəhbərlik səviyyəsində ayrılıq baş verib.
Milli.Az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu vəzifəsindən istefa verib.
Klubun rəsmi açıqlamasında bildirilib ki, Hatipoğlu "Qalatasaray Sportif Sınai ve Ticari Yatırımlar A.Ş." İdarə Heyətindəki fəaliyyətini dayandırıb.
Onun istefa səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.
Milli.Az