"Vətən müharibəsi" qazisi VƏFAT ETDİ - FOTO

25 May 2026 17:02

"Vətən müharibəsi" qazisi, idmançı və məşqçi-müəllim Şamo İbadov xəstəlikdən vəfat edib.

Milli.Az xəbər verir ki, Şamo İsrafil oğlu İbadovun Lerik rayonunun Anbu kəndindən olduğu bildirilib. O, qaydasız döyüş növü üzrə məşqçi kimi fəaliyyət göstərib.

Məlumata görə, Şamo İbadov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə qatılıb. Müharibədən sonra da xidmətini davam etdirən qazi vətənpərvərliyi ilə tanınıb.

Onun vəfat xəbəri yaxınları və sosial media istifadəçiləri tərəfindən böyük üzüntü ilə qarşılanıb.

Milli.Az